Bakıda 17 yaşlı qız zorla ərə verilir

ÖLKƏ
13:05
28 Sentyabr 2022
490

Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi iddia edilib.

Sabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, qız 11-ci sinifdə oxumalıdır, amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. İki həftə sonra da toyları olacaq.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, araşdırmalara başlanılıb.

Xəbər lenti