“Koroğlu”da polis vətəndaşları niyə yoxlayıb?

ÖLKƏ
10:48
28 Sentyabr 2022
538

Bu gün səhər saatlarında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək, bort-komputer vasitəsilə yoxlayıb.

Yoxlamanın hansı məqsədlə aparılması ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.

Xəbər lenti