Prezidentlə xanımı Füzuliyə getdi - Fotolar

ÖLKƏ
13:05
27 Sentyabr 2022
272

Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Sabah.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Azərbaycan Prezidenti burada çıxış edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xəbər lenti