Şəhid anasının vəfatı ilə bağlı xəstəxanadan - Açıqlama

XƏBƏR
12:50
26 Sentyabr 2022
217

Xəbər verdiyimiz kimi, şəhid Anar Kazımovun anası Səyyarə Alıyeva Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada əməliyyat olunduqdan sonra vəfat edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1970-ci il təvəllüdlü Səyyarə Alıyeva Abbas Səhhət adına xəstəxanada sentyabrın 24-ü ginekoloji əməliyyat keçirib. Əməliyyatdan bir sutka sonra tromboemboliya diaqnozu ilə dünyasını dəyişib.

Xəbər lenti