Qazaxda iki uşağı ildırım vurdu, biri öldü

XƏBƏR
16:56
22 Sentyabr 2022
249

Qazaxda iki uşağı ildırım vurub.

Sabah.az xəbər verir ki, bu barədə Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-ya bildirilib. Qeyd edilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib.

“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”, - qeyd olunub.

Xəbər lenti