“Şəhid bacısı” adı ilə pul toplayan şəxs tutuldu - Video

ÖLKƏ
16:15
21 Sentyabr 2022
404

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Bu barədə Sabah.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti