Bu şəxslər məzuniyyətə çıxanda əlavə müavinət alacaq

ÖLKƏ
23:57
25 Mart 2020
141

Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn sistemlə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti