ASGA şəhid İlkin Ağakişiyev haqqında sənədli film çəkəcək

XƏBƏR
12:17
20 Sentyabr 2022
175

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) şəhid İlkin Ağakişiyev haqqında sənədli film ərsəyə gətirəcək.

Sabah.az xəbər verir ki, bu barədə assosiasiyanın sədri, “7news.az” saytının rəhbəri Səbuhi Abbasov məlumat verib. Onun sözlərinə görə, film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 2 aylıq layihə çərçivəsində hazırlanacaq:

“Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhid olan İlkin Ağakişiyev bütün Azərbaycan gəncliyinə nümunədir. İlkin Ağakişiyev 1995-ci il sentyabrın 17-də Mingəçevir şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. İlkin Ağakişiyev Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapılmayıb. Noyabrın 27-də Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Ağakişiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib”.

S.Abbasov qeyd edib ki, şəhid İlkin Ağakişiyev haqqında sənədli film ASGA tərəfindən çəkilən sayca 11-ci ekran işi olacaq.

Xəbər lenti