Abşeronda qanunsuz tikilən obyekt söküldü - Video

XƏBƏR
16:35
19 Sentyabr 2022
196

Tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində işlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində Binəqədi-Novxanı yolunun yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin həyata keçirilməsi faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikilməkdə olan qanunsuz obyekt sökülüb.

Xəbər lenti