Metropoliten işçilərinin peşə bayramı daha bu tarixdə qeyd olunacaq

XƏBƏR
15:48
19 Sentyabr 2022
160

Bakı metropoliteni işçilərinin peşə bayramının tarixi dəyişdirilib.

Sabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 898) 1-ci hissəsində “8-i” sözü “6-sı” sözü ilə əvəz edilib.

Bununla da Bakı metropoliteni işçilərinin peşə bayramı noyabrın 8-dən 6-na keçirilib.

Qeyd edək ki, 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Xəbər lenti