Masazırda gənc 4 saatdır ki, kranın üzərində qalıb - Video+Yenilənib

ÖLKƏ
13:35
17 Sentyabr 2022
608

Abşeronda bir nəfər kranın üzərinə çıxaraq intihara cəhd edib.

Sabah.az xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib. Hazırda gəncin krandan endirilməsi istimqamətində iş aparılır.

Görüntülərin Masazır qəsəbəsində lentə alındığı deyilir.

***

FHN-nin Mətbuat xidmətindən bildirilib ki, hazırda xilasedicilər hadisə yerindədir və intihara cəhd etmək istəyən şəxslə profilaktik söhbət aparırlar.

***

FHN-dən verilən məlumata görə, intihara cəhd etmək istəyən şəxsi aşağı düşürmək üçün xilasedicilər 4 saatdır ki, söhbət aparır.

Xəbər lenti