Bu dəfə 135 erməni hərbçinin öldüyünü etiraf etdi

XƏBƏR
12:15
16 Sentyabr 2022
218

“Ermənistan tərəfindən ölən hərbçilərin sayı 135-ə çatıb”.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.

Onun sözlərinə görə, bu hələ yekun say deyil. O, həmçinin çox sayda yaralı erməni hərbçinin olduğunu da bildirib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl 105 erməni hərbçinin öldüyünü etiraf etmişdi.

Qeyd edək ki, Ermənistan ordusu 150-200 nəfərə yaxın itki verib və Paşinyan yavaş-yavaş sayı etiraf etməyə başlayıb.

Xəbər lenti