Generalın şikayəti təmin edilmədi

XƏBƏR
16:47
15 Sentyabr 2022
248

“Tərtər işi” ilə bağlı həbs olunan general-mayor Bəkir Orucovun apellyasiya şikayəti təmin olunmayıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Sentyabrın 2-də Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş həbs qərarı dəyişdirilmədən saxlanılıb. Məhkəmə qərarın dəyişdirilməsi üçün əsasların olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub. O, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib.

Xəbər lenti