Müdafiə Nazirliyinin brifinq keçirdi - Yenilənib+Video
Müdafiə Nazirliyi brifinq keçirib.
Sabah.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Anar Eyvazov bildirib ki, sentyabrın 12-dən etibarən erməni diversantlar boşluqlardan sızaraq Azərbaycan ərazisində minalama işləri aparıblar:
“Artilleriya və minaatanlardan Azərbaycan ərazisini atəşə tutublar. Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan ordusunun gördüyü adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin texnikası bildirib ki, Ermənistan tərəfi sentyabrın 13-ü əldə edilən atəşkəs razılaşmasına əməl etməyiblər və canlı qüvvəsi böyük itkilər verərərək geri çəkilməyə məcbur edilib.
Ötən gün və gecə saatlarında Kəlbəcər və Laçın rayonlarında xidmət edən hərbi qulluqçularımız və mülki işçilərə təhdid göstərilib. Daşkəsən, Kəlbəcər və Laçında yerləşən bölmələrimiz atəşə tutulub. Düşmənə cavab verilib. Hazırda vəziyyət gərgin olaraq qalır. Azərbaycan tərəfi yalnız düşmənin hərbi obyektlərini hədəfə alır. Ermənistan KTMT təşkilatını da öz çirkin əməllərinə qatmaq istəyir”.
Daha çox