Azərbaycan 100 erməni hərbçinin cəsədini qarşı tərəfə verməyə hazırdır

XƏBƏR
15:55
14 Sentyabr 2022
412

Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Sabah.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

Xəbər lenti