4 ay əvvəl xidmətə başlayan şəhid leytenant dəfn olundu - Fotolar
Sentyabrın 13-də Ermənistan sərhədində baş verən təxribatlar zamanı şəhid olan Azərbaycan ordusunun hərbçisi Sərxan Ömərov dəfn olunub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin gənc zabiti 1999-cu il təvəllüdlü leytenant Ömərov Sərxan Mübariz oğlunun cənazəsi bu gün doğulduğu Zaqatala rayonunun Yuxarı Tala kəndinə gətirilib.
S.Ömərovun yaşadığı evdə təşkil olunan vida mərasimində ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.
Daha çox