Həvəskar gənclər arasında qaçış marafonu keçirildi - Fotolar

XƏBƏR
16:50
20 İyul 2022
34

Azərbaycan Gənclər Fondunun dəstəyi və Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə həvəskar gənclər arasında qaçış marafonu keçirilib.

Sabah.az xəbər verir ki, 16 iyul tarixində Bakı “Su İdman Sarayı”nda gerçəkləşdirilən marafona ilk olaraq Bakı Marafon Klubunun təsisçisi və rəhbəri Firdovsi Kərimov dəstək verib və kollektiv olaraq yürüşə qoşulub.

Cavan Gənclər Hərəkatının icraçı direktor müavini Nihat Xəlilov öz çıxışında qeyd edib ki, layihənin təşkilindəki əsas məqsəd gənclərin idmana marağını artırmaq, sağlam həyat tərzinə təşviq etmək və asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır. Sonda isə marafonda qalib gələn iştirakçılara mükafatlar təqdim olunub.

Xəbər lenti