Bakının mərkəzində restoranda yanğın - Video

XƏBƏR
13:40
13 Sentyabr 2022
195

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 350 m² olan obyektdə (restoran kimi fəaliyyət göstərir) 1 ədəd kondisioner, 3 p.m elektrik kabeli və dam örtüyünün taxta atmaları 3 m² sahədə yanıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Obyektin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda deyiilir.

Xəbər lenti