Səttar Möhbalıyevin qohumu şəhid oldu

ÖLKƏ
11:55
13 Sentyabr 2022
368

Müdafiə Nazirliyi Ermənistan Ordusunun təxribatı nəticəsində Azərbaycan şəxsi heyəti arasında itkilər olduğunu açıqlayıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid hərbçilərimizdən biri - Möhbalı Fərid Kəmaləddin oğlu Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin yaxın qohumudur. O, deputatın əmisi nəvəsidir.

Deputat həmkarları S.Möhbalıyevə başsağlığı veriblər.

Qeyd edək ki, şəhid Fərid Möhbalı 1994-cü ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.

Xəbər lenti