Ermənistan kömək üçün KTMT-yə müraciət edir

XƏBƏR
10:30
13 Sentyabr 2022
162

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.

Məlumata görə, Paşinyan söhbət zamanı Blinkeni ölkəsinin Rusiya, KTMT və BMT Təhlükəsizlik Şurasına müraciət etmək haqda qərar qəbul etməsi barədə məlumatlandırıb.

Blinken isə, öz növbəsində yaranmış vəziyyətlə bağlı ABŞ tərəfinin narahatlığını ifadə edib.

Xəbər lenti