Bu rayonlarda sabah qaz olmayacaq

ÖLKƏ
13:15
12 Sentyabr 2022
243

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış və müvəqqəti qarşısı alınmış qaz sızmalarının ləğvi məqsədilə sabahdan etibarən “İmişli” və “Otuzikilər” QPS-lərdən qaz təchizatının dayandırılması və təmir işlərinin aparılması planlaşdırılır.

Sabah.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, təmir işləri görülən müddətdə İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonunun Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti