İstanbulda atışmada 4 Azərbaycan vətəndaşı yaralandı - Video

HADİSƏ
09:35
12 Sentyabr 2022
352

İstanbulun Sarıyer bölgəsində yerləşən ticarət mərkəzlərinin birində silahlı insident baş verib.

Sabah.az “NTV”yə istinadən xəbər verir ki, ticarət mərkəzinin kafesində əyləşən iki qrup arasında mübahisə düşüb. Mübahisə daha sonradan silahlı insidentə qədər böyüyüb.

Hadisə nəticəsində 4 Azərbaycan, 1 Türkiyə və 1 İran vətəndaşının yaralandığı bildirilir.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.

Hazırda polis mübahisədə iştirak edən digər şəxslərin axtarışını davam etdirir.

Xəbər lenti