Bakıda silahlı insident - Ehtiyatsızlıqdan özünü güllələdi

ÖLKƏ
10:55
10 Sentyabr 2022
563

Bakı sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, hadisə sentyabın 9-na keçən gecə Səbail rayonu ərazisində baş verib.

1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu yaşadığı G.Əliyev küçəsindəki evində ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə güllə onun çiyin nahiyəsinə dəyib. 65 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən “İj” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti