15 yaşlı oğlan qonşu qızın telefonunu aldı, atasını bıçaqladı

XƏBƏR
16:15
9 Sentyabr 2022
272

Ağdaşda 15 yaşlı oğlan mobil telefona görə qonşusunu bıçaqlayıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 40 yaşlı şəhər sakini B.Əmrahov ötən gün qızına məxsus telefonu almaq üçün 2007-ci il təvəllüdlü qonşuları N.Axundovun (şərti) evinə gedib.

Telefonu istəyən zaman tərəflər arasında mübahisə yaranıb. Bu zaman 15 yaşlı N.Axundov B.Əmrahovu qolundan bıçaqlayaraq xəsarət yetirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti