Samuxda ağır qəza, ölən və yaralananlar var

XƏBƏR
15:55
9 Sentyabr 2022
209

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Yeni Kür yolunda hərəkətdə olan “ZİL” ilə “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində “VAZ”ın sərnişini,1953-cü il təvəllüdlü Knyaz Musatafayev ölüb. 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti