Bakıda NATO-nun təlim kursu keçirilir

XƏBƏR
13:15
9 Sentyabr 2022
245

Bakıda NATO-nun “Sülh və təhlükəsizlik naminə elm proqramı” çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün “Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu” keçirilir.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda, praktiki qrup çalışmaları yerinə yetirilir.

Xəbər lenti