Zəngilan hava limanına texniki uçuş yerinə yetirildi - Foto

XƏBƏR
12:55
9 Sentyabr 2022
211

Sentyabrın 9-da “Azərbaycan Hava Yolları”nın (AZAL) ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib və Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib.

Sabah.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş ikinci hava limanıdır.

Xəbər lenti