Azərbaycanlı həkim Türkiyədə faciəli şəkildə öldü

HADİSƏ
09:35
8 Sentyabr 2022
360

Türkiyədə azərbaycanlı həkim faciəli şəkildə ölüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzman həkim Elnur Rufullayevi işdən çıxan vaxt maşın vurub. Nəticədə o, dünyasını dəyişib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.

Xəbər lenti