Təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaq

XƏBƏR
17:07
25 Mart 2020
416

Ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə komissiyaların yaradılması nəzərdə tutulub.

Sabah.az xəbər verir ki, bu, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanmış 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən sosial müdafiənin gücləndirilməsi istiqamətləri çərçivəsində məktəbəqədər təhsil müəssisələrində uşaq qidasının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçiriləcək.

Bundan başqa, ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsilalanların yataqxana ilə təmin olunması məqsədilə tədbirlər davam etdiriləcək.

Xəbər lenti