13 yaşlı ana və övladının vəziyyəti açıqlandı - Rəsmi

XƏBƏR
13:15
7 Sentyabr 2022
189

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda 13 yaşında ana olan qızın vəziyyəti ilə bağlı məlumat yayıb.

Qurumdan Sabah.az-a verilən məlumata görə, Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Məlumatda qeyd olunub ki, çağırış ötən gün saat 13:30 radələrində edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Xəbər lenti