Vətən müharibəsi şəhidinin atası vəfat etdi
10:55
7 Sentyabr 2022
208Vətən müharibəsi şəhidi Aslan Əliyevin atası Elman Əliyev vəfat edib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Aslan Əliyev 2001-ci ildə Göyçayın Hacalıkənd kəndində anadan olub. Noyabrın 7-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


Daha çox