Mətbuat Şurasının qurultayı bu tarixdə keçiriləcək

XƏBƏR
16:37
6 Sentyabr 2022
236

Mətbuat Şurasının (MŞ) növbəti qurultayının keçiriləcəyi tarix bəlli olub.

Sabah.az xəbər verir ki, qurultay sentyabrın 24-ü keçiriləcək.

Bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in hazırkı sədri Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.

Xəbər lenti