“Azərişıq”dan sosial şəbəkələrdə yayılan elanlarla bağlı - Açıqlama
"Azərişıq" son günlər elektrik enerjisinin borca görə dayandırılması haqqında yayılan elanlarla bağlı açıqlama verib.
Sabah.az xəbər verir ki, açıqlamada deyilir:
"Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.
“Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir".
Daha çox