Ağsuda iki qadın itkin düşüb - Foto

XƏBƏR
12:55
6 Sentyabr 2022
222

Ağsuda iki qadın itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sabah.az-a verilən məlumata görə, rayonun Çaparlı kənd sakini, 28 yaşlı Gülnişan Səfərli avqustun 22-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. Onun əlamətləri belədir: Boyu 155 sm, orta bədən quruluşlu, uzun qara saçlı, gözləri qəhvəyi rənglidir.

Fotoda: Gülnişan Səfərli

Bundan başqa, Ağsu rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Fotoda: Aybəniz Abdullayeva

Şəkillərdə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102” Xidməti - Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinə (020) 226-27-93 şəhər və (055) 820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xəbər lenti