Masazırda iki yaşlı uşaq eyvandan yıxılaraq öldü

XƏBƏR
11:35
6 Sentyabr 2022
150

Abşeron rayonunda 2 yaşlı körpə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Fərəcli Narın Səbuhi qızı yaşadığı mənzilin eyvanından yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Xəbər lenti