Sabahdan bu metro stansiyaları daha tez bağlanacaq

XƏBƏR
17:52
5 Sentyabr 2022
193

Sentyabrın 6-dan oktyabrın 1-dək “bənövşəyi xətt”in stansiyaları girişə saat 23:30-da bağlanacaq.

Sabah.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “bənövşəyi xətt”in “Xocəsən” - “Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılır.

Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da “bənövşəyi xətt”in stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.

Xəbər lenti