Bakıda qeysəriyyədən sonra körpə öldü - Ailə şikayətçidir

HADİSƏ
14:37
25 Mart 2020
197

Bakıda qeysəriyyə əməliyyatından sonra uşaq vəfat edib.

Sabah.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaş Qalib Salahov bildirib ki, qızı Ayşən Əfqanlı Gömrük Hospitalının həkimi Nərmin Muradovanın pasiyenti olub:

“Hamiləlik vaxtı bütün müayinə və doppler analizləri aparılmışdı. Bizə deyilmişdi ki, təbii doğuş aprelin 18-də olacaq. Amma martın ortasında həkim Nərmin Muradova qızıma deyib ki, apreldə mən Azərbaycanda olmayacağam, gəl indi əməliyyatla uşağı götürək. Amma uşağın əməliyyatla götürülməsi üçün heç bir tibbi səbəb olmayıb. Martın 19-da Gömrük Hospitalında əməliyyat olunub və uşağın ağciyrlrəri açılmamış həkim onu götürüb. Buna görə də körpədə xəstəliklər yaranıb. Onu küvezə yerləşdirdilər və bu formada müalicəsinin davam etdirilməsi üçün bizdən 4 min manat istədilər. O pulu verməyə imkanımız çatmadığı üçün uşağı OMD xəstəxanasına köçürdük. Körpə əməliyyat vaxtı aldığı travmalara görə martın 23-də orada vəfat etdi. Mənim nəvəm həkimin acgözlüyü nəticəsində öldü. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm, araşdırma aparılır”.

Həkim Nərmin Muradova

Xəbər lenti