Marselo “Qarabağ”la oyunlar üçün sifariş olundu

İDMAN
11:42
3 Sentyabr 2022
407

Azad agent kimi Yunanıstanın “Olimpiakos” klubuna transfer olunan Marselo Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunlarda iştirak edəcək.

Sabah.az xəbər verir ki, Qol.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı məlumata görə, Braziliya millisinin və “Real”ın (Madrid) sabiq müdafiəçisi Avropa Liqasının qrup mərhələsinin matçları üçün sifariş edilib.

34 yaşlı müdafiəçi ilə yanaşı Pirey təmsilçisinin daha 4 yeni transferi - Pep Biel, Panayotis Retsos, Hvan Uy Co və Coş Boulerin adı UEFA-ya göndərilən sifariş ərizəsinə salınıb.

Xatırladaq ki, “Qarabağ”la “Olimpiakos”un ilk oyunu oktyabrın 6-da Pireydə, cavab matçı oktyabrın 13-də Bakıda keçiriləcək. Bu komandaların yarışdığı G qrupunda “Frayburq” (Almaniya) və “Nant” (Fransa) da mübarizə aparacaq.

Xəbər lenti