Qubadlıda mina partladı - İt öldü, bələdçi yaralandı

XƏBƏR
12:05
30 Avqust 2022
277

Avqustun 30-da işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, partlayış nəticəsində Agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası Dina ləqəbli minaaxtaran it tələf olub.

Hadisə ANAMA tərəfindən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti