Gözləmə zallarına giriş dayandırıldı
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.
Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd xüsusi karantin rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır. Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur.
Sərnişinlərdən bunu anlayışla qarşılamaları, avtobusu perronlarda gözləmələri xahiş olunur.
Daha çox