Hüseynbala Mirələmovun restoranında ölüm

XƏBƏR
17:50
29 Avqust 2022
307

Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb.

Orada istirahət edən 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil vəfat edib. Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.

Xəbər lenti