Altı yaşlı uşaq qəfil öldü
Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb.
Sabah.az xəbər verir ki, hadisə avqustun 28-də rayonun Mollaəhmədli kəndində qeydə alınıb.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 2016-cı il təvəllüdlü, Bərdə rayonu Mollaəhmədli kənd sakini dünən saat 23:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olarkən ölmüş vəziyyətdə olub:
“Hal-hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha çox