Hərbçi Ərəblinski maşınını Buzluqda dərəyə aşırıb - DİN+Yenilənib
Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyinin hərbi qulluqçusu, MAXE Vahid Ərəblinskinin həlak olduğu yol qəzası ilə bağlı məlumat yayıb.
Sabah.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində baş verib. Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Araşdırma aparılır.
Qeyd edək ki, Buzluq yüksəkliyi avqust ayında ordumuzun nəzarətinə keçib.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə hərbi prokurorluğunda araşdırma aparılır.
Daha çox