Azərbaycan Ordusunda yenilik - Video

XƏBƏR
11:35
27 Avqust 2022
336

Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Sabah.az xəbər verir ki, ordumuzun bölmələri müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnika və vasitələrindən istifadə olunur.

Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarəedilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı dayanıqlı yeni rabitə vasitələri alınaraq istifadəyə verilib.

Azərbaycan Ordusunun silahlanmasına, həmçinin bir çox mobil rabitə kompleksləri də daxil edilib. Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Eyni zamanda Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Cari ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə çevrilməsi planlaşdırılır.

Xəbər lenti