Müdafiə Nazirliyindən generalın nəticəsi barədə - Açıqlama

ÖLKƏ
10:15
27 Avqust 2022
759

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Qeyd edək ki, Vahid Ərəblinski Çar Rusiyası generalı Balakişi Ərəblinskinin nəticəsidir, subay idi. Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator Ordusunun zabiti, general-leytenant olub.

Xəbər lenti