Bakıda məktəb direktoru vəfat etdi

XƏBƏR
09:45
26 Avqust 2022
328

Bakının Xəzər rayonu 185 nömrəli tam orta məktəbin direktoru Esmira Rzaquliyeva vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

E.Rzaquliyeva 1966-cı ildə anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetini təsviri incəsənət ixtisası üzrə bitirən E.Rzaquliyeva 2004-cü ildən 185 nömrəli məktəbə rəhbərlik edirdi.

Xəbər lenti