“Kubinka”da narkotik əməliyyatı keçirildi, saxlanılanlar var - Video

XƏBƏR
13:45
25 Avqust 2022
310

Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (“Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti