Dünya üzrə koronavirusla bağlı son statistika - ÜST

XƏBƏR
10:15
25 Mart 2020
235

Ümumilikdə dünyada 375 min 498 nəfər koronavirusa yoluxub, 16 min 362 ölüm hadisəsi qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, hazırda 195 ölkədə koronavirus aşkarlanıb.

Qeyd edək ki, ən çox COVID-19-a yoluxma halı Çin (81 min 767 nəfər), İtaliya (63 min 927 nəfər) və Amerika Birləşmiş Ştatlarında (42 min 164 nəfər) qeydə alınıb. Azərbaycanda isə koronavirusa yoluxanların sayı 72 nəfərdir.

Xəbər lenti