Putin koronavirusa yoluxan xəstələrə baş çəkdi - Fotolar

XƏBƏR
09:30
25 Mart 2020
75

Rusiya Prezidenti Vladimir Putin Moskvada koronavirusa yoluxan xəstələrin müalicə aldığı Kommunarka xəstəxanasına gedib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin xəstəxana işçiləri və baş həkim Denis Protsenko ilə söhbət edib, eyni zamanda qoruyucu kostyum və respiratordan istifadə edərək yoluxucu xəstəliklər şöbəsinə baş çəkib.

Xəstələrlə görüşərək onların səhhəti, müəssisənin şəraitindən razı olub-olmadıqları ilə maraqlanan dövlət başçısı bu fikirləri dilə gətirib:

"Heyyəti işləyərkən gördüm, hər kəs iş başındadır. Nəyi necə edəcəklərini bilirlər. Lazım olan hər şey var və bundan düzgün şəkildə istifadə olunur".

Xəbər lenti