Bakıda 2 qadının da üzv olduğu dəstə evə basqın etdi

XƏBƏR
13:58
23 Avqust 2022
374

Bakıda quldurluq edən 4 nəfər tutulub.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 20-si Sabunçu RPİ 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfərin qonşu adı ilə açdırmaları, mənzilə daxil olarkən həmin şəxslərdən birinin əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurması, digərlərinin isə evi axtardıqdan sonra oradan qaçmaları barədə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Babayev, E.Əliyeva və J.Mahmudova saxlanılıblar.

Araşdırmalar davam etdirilir.